Xəbər - Samir Əli – Trend:
Azərbaycanda həyata keçirilən “Yaşıl marafon” çərçivəsində Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə 400 minə yaxın ağac əkilib və payız-qış mövsümündə daha 800 min ağacın əkilməsi nəzərdə tutulub.
AzerTimes-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, Müşfiqabad qəsəbəsində, Bakı-Sumqayıt yolunun üzərində, şimal qərb istiqamətində, Bakı-Qazax yolunun üzərində və digər ərazilərdə boş sahələrdə ağacların əkilməsi nəzərdə tutulub:
“Bundan başqa meşə-bərpa işləri həyata keçiriləcək və seyrəkləşmiş ərazilərdə ağaclar əkiləcək”.