“Yaşıl Kart” inteqrasiyası Azərbaycan-Türkiyə ticarət əlaqələrini artıracaq – Atilla Benli

Yaşıl Kart sistemlərinin inteqrasiyası Azərbaycanla Türkiyə
arasında ticarət əlaqələrini artıracaq.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Sığortaçılar Birliyinin
sədri Atilla Benli deyib.

O qeyd edib ki, əsas məqsəd Azərbaycan və digər türk dövlətləri
ilə əməkdaşlığı möhkəmləndirməklə yanaşı sığorta sistemini inkişaf
etdirməkdir.

“Hədəflədiyimiz məqsədləri hazırda Azərbaycanla reallaşdırmaq
üzrəyik. Bu gün imzalanacaq protokol Azərbaycanla-Türkiyə
arasındakı ticari daşınmaya öz töhfəsini verəcək”, – deyə o
bildirib.

Qeyd edək ki, İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt
Bürosu arasında Yaşıl Kart sistemlərinin inteqrasiyası üzrə
əməkdaşlıq protokoluna əsasən Türkiyə və Azərbaycan gömrük-sərhəd
keçid məntəqələrində hər iki ölkənin Yaşıl Kartlarının
etibarlılığının rəqəmsal texnologiyalardan istifadə edilməklə
yoxlanılması mümkün olacaq.

Teqlər: