Xəbər - İlhamə İsabalayeva – Trend:
Koronavirusla bağlı müəllimlərin kütləvi şəkildə test edilməsindən söhbət getmir. Kütləvi testləşmə o halda olur ki, məktəbdə kütləvi yoluxma olsun.
AzerTimes-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, yaşı 50-dən çox olan müəllimlərin vaksinasiya edilməsi tövsiyə edilir: “Vaksinasiya könüllü keçirilir. Müəllimlər bu məsələyə ciddi və elmi yanaşmalıdır. Vaksin bəşəriyyəti bir çox problemlərdən qurtarır”.
E.Əmrullayev qeyd edib ki, bundn əvvəl tədrisin əyani olduğu 1 ay ərzində şagirdlər arasında COVİD-19-a kütləvi yoluxma olmasa da, müəllimlər arasında olub. Ona görə də müəllimlərin vaksinasiyada aktiv içtirakı vacibdir.