Xəbər - İlhamə İsabalayeva – Trend:
Ölkəmizin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır ki, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.
Nazir qeyd edib ki, təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır:
“Gənc müəllimlərimizin simasında bütün gəncləri 2 Fevral – Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram”.