Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olunub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Solmaz Qasımovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib. Araşdırmalar zamanı sonuncunun oğlu, Azər Qasımovun da koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq idarə etdiyi yük avomobili ilə rayon ərazisində saxlanılıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxs yaşadıqları evə göndərilib.
Fakla bağlı araşdırmalar davam etdirilir.