Yaşayış binalarında təhlükəsizliklə bağlı yeni tələblər qoyulur

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Yaşayış binalarına təhlükəsizliklə bağlı yeni tələblər qoyulur

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Belə ki, yaşayış binası elə layihələndirilməli, tikilməli və təchiz edilməlidir ki, sakinlər binanın daxilində və binanın ətrafında hərəkət edərkən, binaya daxil olarkən (binadan çıxarkən), həmçinin binanın elementləri və mühəndis avadanlığından istifadə edərkən zədə alma təhlükəsinin qarşısı alınmış olsun.

Pilləkən marşlarının və panduslarının maillikləri və eni, pillələrin hündürlüyü və pillə çıxıntılarının eni, pilləkən meydançalarının eni, pilləkəndə, zirzəmidə və istismar edilən çardaqdakı keçidlərin hündürlüyü, həmçinin qapı boşluqlarının ölçüləri sakinlərin hərəkətinin təhlükəsizliyini, mənzildəki otaqların və binada olan ictimai təyinatlı obyektlərin avadanlıqlarının rahat və təhlükəsiz yerdəyişməsini təmin etməlidir.

Binanın döşəmə səviyyələri müxtəlif olan sahələri arasındakı sınma nöqtələrində keçidlər təhlükəsiz olmalı, panduslar və sürahilər nəzərdə tutulmalıdır. Bir pilləkən marşında və ya fərqli səviyyələrin sınma nöqtəsində pillələrin sayı 3-dən az, 18-dən çox olmamalıdır. Müxtəlif hündürlük və dərinlikli pillələri olan pilləkənlərin istifadəsi yolverilməzdir.

İkisəviyyəli mənzillərdə mənzildaxili pilləkən kimi vintvarı pilləkəndən və ya “dolanbac” pillələrindən istifadəyə yol verilir, bu zaman pillələrin orta hissəsində tapdağın eni 18 sm-dən az olmamalıdır.

Teqlər: