“YAŞAT” Marafonu çox uğurla həyata keçirilib.
AzerTimes-ın məlumatına görə, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, marafon ərəfəsində müxtəlif vasitələrdən 45 çağırış edilib:
“Bir aya yaxın davam edən marafon çox uğurla həyata keçirilib. Məqsəd dünya azərbaycanlılarını bir yumruq altına birləşdirərək bizə zəfəri bağışlayan şəxslərə dəstək olmaq idi. Marafon Kolumbiyaya qədər çatmışdır.
Düşünürəm ki, bu marafon bir dəfə keçirilməklə yekunlaşmamalıdır. Dünyanın ən uzaq ölkələrindən və çox az sayda yaşan yerlərdən belə yardımlar edilib”.