YAŞAT Fondunun nəzarətə götürüyü qazimiz: Müalicələrdən sonra sərbəst hərəkət edəcəm

Xəbər - Samir Əli – Trend:

Onurğa sütunumdan qəlpə yarası almışdım, bir aydan artıq yataqdan qalxa bilmirdim.

Bunu AzerTimes-a açıqlamasında Vətən müharibəsində xəsarət alan və hazırda Əlillərin Reabilitasiya Mərkəzində müalicə olunan yaralı hərbçimiz Seymur Məmmədov deyib.

O bildirib ki, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak edib, Qubadlı rayonunda bel nahiyəsindən qəlpə yarası alıb: “Ayağa duracağıma, sağalacağıma az ümid edirdim. Bir aydan artıq yataq şəraitində qaldım, müalicələrdən sonra da ayağa qalxa bilmədim. Ancaq arxası üstə uzanıb qalırdım. Ay yarım bundan qabaq YAŞAT Fondu tərəfindən bu mərkəzə yerləşdirildim. Artıq özümdə xeyli irəliləyişlər hiss edirəm, masajlar, fizioterapiya kurslarından sonra ayaqlarıma qüvvət gəlir. Yaxın vaxtlarda sərbəst hərəkət edəcəm”.

Teqlər: