YAŞAT Fonduna yarandığı gündən indiyədək bütün valyutalardan 73 milyon 781 min 435.79 manat pul toplanıb. Bu vəsaitin 61 milyon 114 min 757.86 manatı xərclənib.
AzerTimes xəbər verir ki, bunu Fondun fəaliyyətinə dair mətbuat konfransında YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda YAŞAT Fondunda toplanan vəsaitin qalıq məbləği 12 milyon 666 min 667.93 manatdır.