Bu günə qədər “YAŞAT” Fonduna 24 milyon 804 min 936 manat 86 qəpik vəsait yığılıb.
Yenicag.az-ın məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, həmin vəsaitlərin 15 milyon 36 min 831 manat 71 qəpiyi fiziki şəxslər, 9 milyon 768 min 105 manat 16 qəpiyi hüquqi şəxslər tərəfindən köçürülüb. Artıq bu vəsaitin 883 min 278 manat 49 qəpiyi artıq xərclənib”.
www.yenicag.az