Xəbər - Samir Əli – Trend:
Bu vaxta qədər “YAŞAT” Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb.
AzerTimes-ın məlumatına görə, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, köçürülən vəsaitin 18 milyon manatı aidiyyəti üzrə xərclənib: “Hazırda müraciətlər üzrə proses davam etdirilir. Həmin vəsaitlər həm dövlət, həm özəl təşkilatlar, həm də ayrı-ayrı şəxslər tərəfindən Fonda köçürülüb”.
Qeyd edək ki, “YAŞAT” Fondu Vətən müharibəsində yaralanan qazilərin müalicəsini təmin etmək məqsədilə yaradılıb.