“YAŞAT” Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib

Xəbər - Samir Əli – Trend:

Bu günə qədər “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicə üçün 63 qazi göndərilib.

AzerTimes-ın məlumatına görə, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib. O bildirib ki, müalicəyə göndərilən qazilərdən 7 nəfər sağalaraq vətənə qayıdıb:


“Fond tərəfindən bu cür tədbirlər davam etdirilir. Növbəti dəfə 12 qazi müalicə üçün Türkiyəyə göndərilib. Qazilərin xaricə müalicəyə göndərilməsinə gəlincə isə bildirmək istəyirəm ki, bu, daxil olan müraciətlər əsasında müəyyən edilir. Hər hansısa qazinin müalicəsi üçün ölkənin səhiyyə ocaqları ilə əlaqə saxlanılır. Əgər bizə tibb müəssisəsindən rəsmi cavab verilsə ki, hansısa qazinin ölkəmizdə müalicəsi yoxdur, o zaman həmin qazi xaricə göndərilir”.

Teqlər: