YAŞAT Fondu tələbə adı qazanan şəhid övladlarına pul mükafatları təsis etdi

Xəbər - Samir Əli – Trend:

“YAŞAT” Fondu tələbə adını qazanmış şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı təsis edib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik 2000 manatpul mükafatı – təsis edilib.

Birdəfəlik pul mükafatı bu gün tələbələrin bir qisminə təqdim edilib.

Teqlər: