“YAŞAT” Fondu bu günə kimi 4882 şəxsi öhdəliyə götürüb

Xəbər - Samir Əli – Trend:

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, bu günə kimi 4882 şəxs öhdəliyə götürülüb.


Eyni zamanda, bugünədək 2 775 şəhid ailəsi ziyarət olunub. Bundan başqa, 2133 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 13 692-dir.

Teqlər: