Xəbər - Samir Əli – Trend:
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
AzerTimes-ın məlumatına görə, fond tərəfindən bu günə qədər 2 775 şəhid ailəsi ziyarət olunub.
Eyni zamanda, bu günədək 4 261 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 1 545 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, Fond tərəfindən 13 104 şəhid ailəsi üzvləri və yaralı ziyarət olunub.