YAŞAT Fondu 3 ilə 7 milyon xərclədi

YAŞAT Fondu 3 ilə 7 milyon xərclədi

Şəhid ailələri və yaralıların istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə YAŞAT Fondu tərəfindən xərclənən vəsait 7 011 408.82 AZN təşkil edir.

AzerTimes xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov fondun 3 illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib:

“Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib”.

Teqlər: