Xəbər - Trend
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin ikinci həftəsi başa çatıb.
Bununla əlaqədar təşkil olunan bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub. Mərasimdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov da iştirak edib.
Elvin Hüseynov şəhidimiz Mahir Əliyevin övladı Əjdər Əliyevin doğum günü ilə əlaqədar təşkil olunan çay süfrəsi ətrafında da uşaqlarla söhbətləşib.
İştirakçılar üçün həmçinin hovuz və musiqi əyləncəsi də təşkil olunub.
Tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.
Düşərgənin ikinci həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edib.
2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgə dən sonra müalicə prosesinə cəlb olunacaqlar.
Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.
Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.
Sponsorlar: “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “Port of Baku”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Mango”, “Next”, “Əli və Nino”, “Oven”, “Civil”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi
Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi