“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin altıncı həftəsi davam edir.
Fonddan AzerTimes-a bildirilib ki, düşərgənin dördüncü günündə iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” yarışı təşkil olunub. Yarış “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru, “Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçusu, Azərbaycanda “Nə? Harada? Nə zaman?” oyununun aparıcısı və baş prodüsseri, “GameTV.az” prodüser mərkəzinin rəhbəri Balakişi Qasımovun moderatorluğu ilə baş tutub.
İştirakçılar təlimçi, poliqlot Aslan Məmmədzadə ilə görüşüblər. Görüş zamanı müxtəlif dilləri öyrənmək və danışıq qaydaları izah olunub.
Uşaqlar günə hovuz əyləncəsi ilə davam ediblər. Sonra futnet idman növü üzrə yarış keçirilib.
Günün sonunda əyəncə saatı təşkil olunub.
Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.
Düşərgənin altıncı həftəsi şəhidlərimizin 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edir.
Həmçinin, tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.
2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.
Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.
Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.
Sponsorlar: “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, “PAŞA Bank”, “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Əli və Nino”, “Oven”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi
Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi