“YAŞAT” düşərgəsi davam edir (FOTO)

Xəbər - Samir Əli – Trend:

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi davam edir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, düşərgənin dördüncü gününə səhər idmanı ilə start verilib.

Uşaqlar arasında əyləncəli viktorina da təşkil olunub və onlara müxtəlif hədiyyələr paylanılıb.

Sonra iştirakçıların iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyinə eksursiyası təşkil olunub.

Dördüncü gün uşaqların hovuz əyləncəsi və şou-musiqi proqramı ilə davam etdirilib.

Düşərgə müddətində tərəfdaş qurumlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim olunur.

Xatırladaq ki, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Teqlər: