Xəbər - Samir Əli – Trend:
“YAŞAT” Fondu müharibədə yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, qazilərimiz Nazim Babayevin və Heydər Qurbanovun, səhidimiz Ağaəli Yusifovun atası Vaqif Yusifovun, şəhidimiz Hacırza Rzayevin atası Fikrət Rzayevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.