Türkiyənin milli müdafiə naziri, ordu generalı Yaşar Gülər müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevi qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
Müzakirələrdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak da iştirak edib.
Qeyd edək ki, K.Vəliyev Türkiyədə səfərdədir.