Yaşar Gülər ilk dəfə israilli həmkarı ilə danışdı

Yaşar Gülər ilk dəfə israilli həmkarı ilə danışdı

İsrailin müdafiə naziri Yoav Qallant türkiyəli həmkarı Yaşar Gülərlə telefonla danışıb.

AzerTimes xəbər verir ki, bu barədə Y.Qallant Tvitter hesabında paylaşım edib.

Məlumata görə, telefon danışığı zamanı təhlükəsizlik sistemləri arasında əməkdaşlığın və dialoqun möhkəmləndirilməsi yolları müzakirə edilib.

Y.Qallant bildirib ki, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi ümumi strateji maraqlara xidmət edir:

“Bu əməkdaşlıq Yaxın Şərqdə sabitliyə töhfə verəcək”.

Qeyd edək ki, bu, Yaşar Gülərin Türkiyənin milli müdafiə naziri təyin olunmasından sonra Y.Qallantla ilk telefon danışığıdır.

Teqlər: