Yaşar Əliyev BMT TŞ-də erməni yalanını məhv etdi – Video

Yaşar Əliyev BMT TŞ-də erməni yalanını məhv etdi – Video

Xəbər verdiyimiz kimi, bu gün BMT Təhlükəsizlik Şurasında Ermənistanın tələbi iıə Qarabağda humanitar vəziyyətlə bağlı fövqəladə iclas keçirilib.

AzerTimes xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Qarabağın bir hissəsində məskunlaşan ermənilərin guya qida çatışmazlığı, ac olduqları, humanitar fəlakətlə üzləşdikləri haqda iddiaları rədd edib.

Y.Əliyev sosial şəbəkələrdə Qarabağ ermənilərinin toy, ad günləri, müxtəlif təntənəli mərasimlər keçirdiyini, rəqs etdiyini, şənləndiyini və xoşbəxt olduğunu əks etdirən yüzlərlə video-materiallar olduğunu bildirərək, onların fotolarını təqdim edib. O, erməniləri bu mərasimlərə görə təbrik də edib və bildirib ki, onların Azərbaycanda xoşbəxt yaşamasından məmnundur.

Daha ətraflı videoda:

Teqlər: