Qoç – təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.
Buğa – köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın. Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.
Xərçəng – təmaslar zamanı təmkinli və sakit olun. Əks təqdirdə münaqişələr qaçılmazdır. İctimai fəallığı gərəkli minimum səviyyəsinə endirin. İşlə məşğul olun. Fiziki iş daha məsləhətdir. Ətrafınızda qayda yaradın.
Şir – əhvalınız daha nikbin olacaq. Yeni hadisəyə və görüşə hazırlaşın. Tənhalıq, bir qədər tək qalmaq faydalıdır. Tənha olduğunuz saatları zənginləşdirə bilərsiniz.
Qız – planların pozulmasını emosional qarşılamayın. Kimsə diqqətinizi yayındıra bilər. Günün ilk yarısında dostlarla planlaşdırılmamış görüş və ya tanışlarla problemin həlli mümkündür.
Tərəzi – təcili çözüm tələb edən çətinlik yarana bilər. Yaxın ətrafınızdakı insanlarla rəvan, sakit münasibətlər qurun. Belə olarsa, gün müşkül keçməyəcək.
Əqrəb – fikrinizi ən önəmli məsələnin həllinə yönəldin, ikinci dərəcəli detallara diqqət ayırmayın. Bacardığınızdan artıq iş görməyə çalışamyın. Pozitiv əhval-ruhiyyənizi pozmayın.
Oxatan – səhhət üçün problemli gündür. Yuxusuz qalmayın, qan təzyiqinizə fikrir verin. Xarici görkəminizə daha çox diqqət ayırın. Valideynlərlə əlaqə saxlayın. Onların sizin dəstək, qayğı və diqqətinizə ehtiyacları var.
Oğlaq – yaxın ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər.
Dolça – hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür. İtki verə biləcəyiniz tədbirlərə qatılmayın. Hadisələrə müdaxilə etməsəniz gün yaxşı alınacaq.
Balıqlar – gün ərzində yaşanacaq uğurlar və uğursuzluqlar əsas yolun göstəricisidir. Məqsədə doğru necə hərəkət etdiyinizi dəqiqləşdirə bilərsiniz. Seçim etməklə bağlı situasiya yaranarsa, itkilərlə qarşılaşa bilərsiniz.
Milli.Az
www.yenicag.az