Bakının Yasamal rayonunda yerləşən 3 saylı ASAN Xidmət mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 1-dən bir ay müddətinə bağlanacaq.
Bu barədə AzerTimes-a ASAN Xidmət mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazır sənədlərini 3 saylı ASAN Xidmət mərkəzindən əldə etməli olan vətəndaşlardan martın 1-dən etibarən 7 saylı Bakı ASAN Xidmət mərkəzinə müraciət etmələri xahiş olunur.