Yasamalda yaşayış binasındakı yanğın söndürülüb

Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində dörmərtəbəli
yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə
bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə
qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: