Yasamalda yaşayış binasında yanğın

Yasamalda yaşayış binasında yanğın

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin sanitar qovşağında havalandırma sistemi və 1 p.m elektrik naqili yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: