Yasamalda qapı arxasında qalan uşaqlar xilas edilib

Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı
qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, çağırış ünvanına cəlb
olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə
qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış
uşaqların xilas olunması təmin edilib

Teqlər: