Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında
yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı
binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21
saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə
39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı
binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin satışı 30 mart
2022-ci il tarixində saat 11:00-da başlayacaq və 08 aprel 2022-ci
il tarixi saat 11:00-dək davam edəcəkdir.
Mənzil İnşaatı Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata
görə, Agentliyin sərəncamında olan mənzilləri vətəndaşların
güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə
qaydasında mənzillərin seçimi 04 aprel 2022-ci il
tarixində saat 11:00-da başlayacaq və 08 aprel 2022-ci il tarixi
saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il
tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron
hökumət” portalı üzərində (www.e-gov.az)
“Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata
keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib
olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə
sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra
nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa
malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı
məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana
səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış
olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi
məlumat:
Satışa ümumilikdə 442 mənzil çıxarılır. Bütün mənzillər tam
təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil
olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş
vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti
Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla
bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin
Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 29.11.2018-ci il
tarixli 26396, 07.12.2018-ci il tarixli 26436 nömrəli müsbət
rəyləri mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı
Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair
“hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət
reyestrindən çıxarış”lar verilmişdir.
Bina № |
Binanın yerləşdiyi tikinti sahəsi (m²) |
Binada mərtəbə sayı |
Binaya giriş sayı |
Mənzillərin otaqlarının sayı |
Mənzillərin sayı |
Mənzillərin daxili perimetr üzrə sahəsi |
Mənzillərin xarici perimetr üzrə sahəsi |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma |
|
4 |
832,9 |
9 |
2 |
1 |
16 |
34,97 – 35,57 |
43,02 |
“Chinar İnshaat” MMC (“Caspian Service” MMC konsorsium) / Bakı |
03.10.2020 |
|
2 |
32 |
56,78 – 56,84 |
68,34 – 68,57 |
|||||||
3 |
16 |
74,78 |
87,06 |
|||||||
6 |
586,72 |
12 |
1 |
3 |
44 |
75,88 – 76,94 |
89,54 – 90,96 |
“Chinar İnshaat” MMC (“Caspian Service” MMC konsorsium) / Bakı |
03.10.2020 |
|
18 |
586,72 |
12 |
1 |
3 |
44 |
75,88 – 76,94 |
89,54 – 90,96 |
“HN Construction” MMC / |
14.09.2020 |
|
21 |
591,77 |
12 |
1 |
3 |
44 |
75,88 – 76,94 |
89,54 – 90,96 |
“Hünər-İnşaat” Firması / |
02.10.2020 |
|
22 |
832,9 |
9 |
2 |
1 |
12 |
35,57 |
43,02 |
“Hünər-İnşaat” Firması / |
02.10.2020 |
|
2 |
23 |
56,78 – 56,84 |
68,34 – 68,57 |
|||||||
3 |
4 |
74,78 |
87,06 |
|||||||
23 |
765,4 |
9 |
2 |
2 |
18 |
56,86 |
68,56 – 68,58 |
“Hünər-İnşaat” Firması / |
02.10.2020 |
|
3 |
17 |
72,72 – 72,74 |
87,78 |
|||||||
4 |
4 |
96,6 |
110,87 |
|||||||
24 |
565,92 |
12 |
1 |
3 |
24 |
75,88 – 76,94 |
89,54 – 90,96 |
“Faktor Qrup-S” MMC / |
02.10.2020 |
|
25 |
781,84 |
9 |
2 |
studio |
18 |
34,97 – 35,57 |
43,10 |
“Faktor Qrup-S” MMC / |
02.10.2020 |
|
2 |
36 |
56,78 – 56,84 |
68,34 – 68,71 |
|||||||
3 |
18 |
74,78 |
87,06 |
|||||||
26 |
781,84 |
9 |
2 |
studio |
18 |
34,97 – 35,57 |
43,10 |
“Faktor Qrup-S” MMC / |
02.10.2020 |
|
2 |
36 |
56,78 – 56,84 |
68,34 – 68,71 |
|||||||
3 |
18 |
74,78 |
87,06 |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka
kreditindən istifadə etməklə, həm də öz vəsaiti
hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının
Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri
vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə
əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş
üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində
yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Studio tipli mənzillərin qiyməti – 33 222
manatdan başlayır,
1 otaqlı mənzillərin qiyməti – 33 222 manatdan
başlayır,
2 otaqlı mənzillərin qiyməti – 53 941 manatdan
başlayır,
3 otaqlı mənzillərin qiyməti – 69 084 manatdan
başlayır,
4 otaqlı mənzillərin qiyməti – 91 770
manatdır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV
daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit
Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına
aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||||
Studio tipli |
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
4 otaqlı |
|||
4% |
3-30 il |
10% |
143-145 manat |
143-145 manat |
232 manat |
297-314 manat |
394 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi |
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə
sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən
məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti
hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10%
endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək
sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı
qiymətlərdən başlayır:
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra mənzilin satış (manat) |
|
Studio tipli |
33 222 |
3 322 |
29 900 |
1 |
33 222 |
3 322 |
29 900 |
2 |
53 941 |
5 394 |
48 547 |
3 |
69 084 |
6 908 |
62 176 |
4 |
91 770 |
9 177 |
82 593 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV |
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin www.yasamal2.mida.gov.az
internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin
(və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və
əlavə endirimlər, agent banklar
haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil
kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq
mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə
əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə
qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri,
agent
banklar barədə ətraflı məlumatla www.mida.gov.az və
www.mida.az
internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1,
3, 5 saylı Bakı, Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı
mərkəzinə müraciət edərək tanış ola bilərlər.
Qeyd: “Güzəştli mənzil” sisteminin
istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə
qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron
kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az və
www.mida.az internet
saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi
vasitəsilə tanış ola bilərlər.