Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1
nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə
yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin
müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada
aşkarlanan 1940-cı il təvəllüdlü Mahmudova Qızbikə Mahmud qızının
meyitini aidiyyəti üzrə təhvil veriblər.