Yasamalda evdən 5500 manat oğurluq edildi

Yasamalda evdən 5500 manat oğurluq edildi

Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki evlərin birindən 5 500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Məmmədzadə saxlanılıb.