Bakı şəhərinin Yasamal rayonunda avtoservisin ərazisində təmirə
dayanan “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi və
idarəetmə lövhəsi yanıb, yüksək temperaturdan yaxınlıqda dayanan
“Toyota” markalı minik avtomobilinin qapısı qismən deformasiyaya
uğrayıb.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, avtomobillərin qalan
hissəsi və yaxınlıqdakı sexlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.