Yasamal rayonunda mənzildə 68 yaşlı kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Aqafanov Aleksandr Fyodoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.