2022-ci ilin aprel ayında 2306 nəfərə proaktiv qaydada yaşa görə
əmək pensiyası təyin olunub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.
Qeyd edilib ki, onların 55,6%-ni kişilər, 44,4%-ni isə qadınlar
təşkil edib.
Hazırda kişilər üzrə pensiya yaşı 65 il, qadınlar üzrə isə 62 il
6 aydır. Qeyd edək ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən
başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.