Xəbər - Çingiz Səfərli – Trend:
2021-ci ilin avqust ayında yaşa görə pensiya alanların ümumi sayı 710 min nəfərdən çox olub.
Bu barədə Trend-ə Dövlət sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, onların 39,6%-ni kişilər, 60,4%-ni isə qadınlar təşkil edib.
2021-ci ilin avqust ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı isə 124,7 min nəfərdən çox olub.
Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə görə, Dövlət Sosial Müdafiə Fondunda ümumilikdə 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.
Twitter:@cingizsafarli