Yas mərasimində evin eyvanı uçdu: qadınlar xəsarət aldı

Yas mərasimində evin eyvanı uçdu: qadınlar xəsarət aldı

Göyçayda yas mərasimində evin eyvanı uçub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb.

Belə ki, evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub.

Nəticədə 1978-ci il təvəllüdlü Mətanət Ağakərim qızı Həşimova , 1969-cu il təvəllüdlü Kəmalə Həşim qızı Vahidova, Göyçay rayonu, Qarayazı kənd sakinləri – 1966-cı il təvəllüdlü Saxanım Suru qızı Cabbarova, 1966-cı il təvəllüdlü Nazilə Məzahir qızı Məmmədova və 1963-cü il təvəllüdlü Susaxan Suru qızı Əliyeva həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Araşdırma aparılır.

Teqlər: