“Barselona”nın yarımmüdafiəçisi Miralem Pyaniç “Beşiktaş”a transfer edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Beşiktaş”ın rəsmi saytında məlumat verilib.
Bosniyalı futbolçu mövsüm ərzində 2,75 milyon avro alacaq ki, bu da türk klubunun yarımmüdafiəçinin maaşının öhdəliklərinə götürdükləri bir hissəsidir.
Bildirilir ki, “Beşiktaş” Pyaniçin kirayəsi üçün katalonlara heç nə ödəməyəcək.
Yarımmqdafiəçinin illik qonorarı 10 milyon avro təşkil edir. “Barselona” ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər imzalanıb. Ümumilikdə isə Pyaniçin satış transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.