Rəsmi Paris Rusiyanın Krımı və Ukraynanın digər işğal olunmuş ərazilərini mənimsəməsini qəti şəkildə qeyri-qanuni hesab edir və tanımır.
AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Krım platformasının sammitində deyib.
Makron bildirib ki, Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqı tamamilə qanunsuzdur:
“Bu beynəlxalq hüququn əsas prinsiplərini pozur və yarımadada vəziyyət durmadan pisləşir”.