Düşmənin atdığı hər bir raket sübut edir ki, Rusiyaya tətbiq edilən sanksiyalar kifayət deyil.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski xalqa yeni müraciətində deyib.
“Düşmənin hər raketi – bizim partnyorlarımızla danışıqlar üçün arqumentdir”, – o bildirib.
Zelenski 27 iyunda Böyük Yeddiliyin, daha sonra isə NATO-nun sammitində iştirak edəcəyini xatırladıb:
“Yarım sutka ərzində 45 raket! Hər şey aydındır. Bizim mövqeyimizi gücləndirən daha bir arqument! Bu, Rusiyaya sanksiyaların kifayət qədər olmadığını, Ukraynaya hərbi yardımların artırılmasını tələb edir. Partnyorlarımızda olan ən müasir HHM sistemləri anbarda və poliqonda deyil, məhz Ukraynada olmalıdır”.