Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakinləri Sevilə Səmədova və Ramil Bəkirov sonuncunun idarə etdiyi “Reno” markalı avtomobildə Masallı-Yardımlı yolunda saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən ayrı-ayrı bağlamalarda qablaşdırılmış ümimilikdə 20 kiloqram marixuana və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Bundan əlavə, şəxsi axtarış zamanı S.Səmədovanın üzrərindən metamfetamin aşkarlanıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.