Yardımlı və Lerik meşələrində ağacların kəsilməsi ciddi narahatlıq yaradır

Son günlər Yardımlı və Lerik meşələrində ağacların kəsilməsi ilə
bağlı Meşələrin İnkişafı Xidmətinə daxil olan məlumatlar bizdə
ciddi narahatlıq yaradır və bunun qarşısının alınması üçün
qüvvələrimizi səfərbər etmişik.

Trend xəbər verir ki, bunu Xidmət rəsmisi Cabbar Qəribov
bildirib.

O qeyd edib ki, Yardımlı və Lerik meşələrinə müdaxilə hallarının
artması faktları təhlil olunub və ehtimal edilir ki, son dövrdə
ölkəyə gətirilən taxta materiallarının idxalında azalmanın qeydə
alınması sözügedən meşə ərazilərinə təzyiqlərin artmasına səbəb
olub.

“Biz bu təhlükə və təzyiqlərdən olduqca narahatıq və hesab
edirəm ki, bu gün güclərimizi birləşdirməliyik. Bizə
ictimaiyyətdən, ictimai fəallardan, hüquq-mühafizə orqanlarından
güclü dəstək olmalıdır ki, bu təzyiqlərin birgə qarşısını
alaq”,-deyə Xidmət rəsmisi bəyan edib.

Teqlər: