YARAT Teatr Klubu “Məhəbbət” tamaşasını təqdim edir

YARAT Teatr Klubu “Məhəbbət” tamaşasını təqdim edir.

Quruluş kişi və qadın münasibətləri, insanlar arasında canlı
ünsiyyət, insan səhvləri, kompromis, bağışlanma və nəhayət sevgi
haqqındadır.

Baxmayaraq ki, pyes “yeni dalğa” cərəyanın nümayəndəsi olan
Lyudmila Petruşevskaya tərəfindən çətin və “durğun” dövrdə (1974)
yazılıb, əsər bu gün də öz aktuallığını itirmir.

Tamaşanın rejissoru Mikayıl Əliyevdir (Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının aktyoru)

Aktyorlar: Səbinə Asim (Səməd Vurğun adına Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrının aktrisası), Bəhruz Əliyev (Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru), Məryəm Adıgözəlova
(Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının
aktrisası)

Teqlər: