YARAT Freestyle çərçivəsində YARAT Müasir İncəsənət Məkanında Milli Musiqi Gününə həsr olunmuş konsert keçirildi.
Qurumdan AzerTimes-a bildirilib ki, tədbir milli musiqi və rəqs dünyasının irsini və geniş diapazonunu, gözəlliyini və incəliyini özündə ehtiva etdi. Konsertdə, milli musiqimizin tarixinin dərinliyini əks etdirən geniş Azərbaycan klassik fonotekası maraqlı retrospektiv formada təqdim olunub.
Giriş nitqini musiqişünas, müəllim, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, sənət layihələrinin kuratoru, Azərbaycan Mədəniyyət Nazirliyinin qeyri -maddi mədəni irs üzrə eksperti – Cahangir Səlimxanov söylədi.
İştirakçılar:
- AMAROK musiqi qrupu
- “Samur” Ləzgi Milli Mərkəzinin ansamblı
- “İZ” qrupu
- Zeynəb Quluzadə (vokal)
- Lalə Mehdiyeva (piano)
- Elşən Tahirov (tar)
- Aysel Ciyərxanova (rəqs)
- Orxan Səfərli (rəqs)
- Vüsal Aydəmirov (piano)
- Yaqut Xəlilzadə (xanəndə)
- Bayram Əliyev (kamança)
- Tərlan İsgəndərov (tar)