Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-ləri yazır.
Qeyd olunur ki, sabiq nazirin evində axtarış aparılıb. Məlumata əsasən, qısa zaman ərzində onun həbs olunması üçün vəsatət qaldırılacaq.
Bir sıra məlumatlara əsasən, D.Tonoyan 2018-ci ilin sonunda yararsız raketlərin 4,6 milyon dollar vəsaitə alınması ilə bağlı ittiham olunur.
Xatırladaq ki, David Tonoyan 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra istefa vermişdi.