Yaralı rus hərbçilərin 50%-i ölür

Yaralı rus hərbçilərin 50%-i ölür

Yaralı rusiyalı hərbçilərin yarısı ixtisaslı tibbi yardımın olmaması səbəbindən sağ qalmır.

AzerTimes xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Rusların adi statistikası budur ki, yaralıların 50%-i sağ qalmır, çünki xəstəxanalar doludur, ixtisaslı tibbi yardım almaq üçün onları uzaqlara aparmaq lazımdır. Onlar o qədər ağılsızdırlar ki, hətta yeni işğal olunmuş ərazilərdəki həmin xəstəxanalardan bahalı avadanlıqları da çıxarıblar. Səbəbi bilinmir, amma Luqanska aparıblar. Buna görə də indi ağır yaralıları uzaqlara aparmaq lazım gəlir”, – Qayday bildirib.

Teqlər: