“Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 15 iyun tarixində “Art Management” layihəsi çərçivəsində “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib.

Mədəniyyət Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov vebinar iştirakçılarını salamlayıb və “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda təqdimatla çıxış edib. O, bildirib ki, qloballaşan və müasir dünyada kreativ sənayelərin inkişaf etdirilməsi yaradıcı şəxslərlə yanaşı birbaşa ölkənin iqtisadiyyatına böyük təsir edir.

Tədbir iştirakçılarının suallarını cavablandıran Qalib Qasımov Azərbaycan rəssamlarının həm yerli, həm xarici incəsənət bazarına çıxmağa böyük yaradıcı potensialları olduğunu xüsusilə vurğulayıb.


Xatırladaq ki, “Art Management” layihəsinə rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların bu istiqamətlər üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.
Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Teqlər: