Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.
“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov AzerTimes-a bildirib ki, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır.
Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb.