Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Aynur Zurufçu AzerTimes-a açıqlamasında bildirib ki, koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb:
“Dünən həkimi bildirdi ki, bir-iki gün vaxt lazımdı. Görək bu müddət ərzində orqanizmi müalicəyə necə reaksiya verəcək. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mənə zəng vurmuşdu. Dedi ki, biz onu süni tənəffüs aparatına qoşmaq istəyirik. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xaricdən həkim də dəvət olunub. Anar Ələkbərov bildirdi ki, Mehriban xanımla bu məsələni geniş müzakirə ediblər və əllərindən gələni edəcəklər ki, sənətçimiz sağalsın. Vəziyyəti nəzarətə götürdüyünə görə, Mehriban Əliyevaya təşəkkür edirəm”.