Myanmada “Yaqi” qasırğası nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Pis hava şəraiti səbəbindən 320 mindən çox insan evlərini tərk edərək müvəqqəti köçkün düşərgələrində məskunlaşmağa məcbur olub.
Qasırğa, həmçinin mülki infrastruktura da ciddi ziyan vurub.
Myanma hakimiyyəti təbii fəlakətlə əlaqədar xaricdən kömək istəyib.