Çinin xarici işlər naziri Van İ yaponiyalı həmkarı Yesimasa Hayasi ilə telefon danışığı zamanı onu Çinə səfərə dəvət edib.
AzerTimes-ın məlumatına görə, bunu “Fuji TV” telekanalına müsahibəsi zamanı Yaponiyanın XİN rəhbəri deyib.
Yaponiya KİV-lərinin məlumatına əsasən, səfər barədə qərar hələ qəbul edilməyib, xarici işlər naziri dəvəti nəzərdən keçirir.
2022-ci ildə Pekində keçiriləcək qış Olimpiya Oyunlarnın ABŞ prezidenti Cozef Bayden tərəfindən təklif edilən “diplomatik boykotu” barədə suala cavabında XİN rəhbəri bildirib ki, Yaponiya bununla bağlı öz vəziyyətindən və öz nöqteyi-nəzərindən hərəkət edəcək.